La Liqa da bərpa olur: Qaydalar bəlli oldu

17.05.2020 | 4814 dəfə oxunub

Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın iyun ayında bərpası ehtimal edilir. Stadium.Az “AS” nəşrinə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası gələcək təqvimlə bağlı klublarla razılığa gəlib.

Yeni təqvimə əsasən, hər bir komandaya ən azı 72 saatlıq istirahət verilməklə çempionatda hər gün bir matç oynanılacaq. Yayda havaların qızmar keçməsi səbəbindən oyunların yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00), daha isti yerlərdə isə 23.00-da (Bakı vaxtı ilə 01.00) başlanması planlaşdırılır. Matçlar azarkeşsiz keçiriləcək.

Hər klubun həftədə iki oyun keçirməsi ilə La Liqanın iyulun 29-da başa vurulması nəzərdə tutulur. Beləliklə, Avropa kuboklarında mübarizəni davam etdirən ispan klubları avqustda bu yarışlarda da oyun keçirə biləcəklər.

La Liqa mart ayında, 27-ci turdan sonra dayandırılıb. Çempionatı tamamlamaq üçün bundan sonra 11 tur oynamaq lazımdır.

Hələlik yarışın hansı tarixdə bərpa olunacağı barədə rəsmi qərar verilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail