"Adam yerinə qoymayacağım bir insan var, o da Kyellinidi"

11.05.2020 | 4263 dəfə oxunub

"Qalatasaray"ın və Braziliya millisinin sabiq üzvü Felipe Melo "Yuventus"un müdafiəçisi Corco Kyellini tərəfindən tənqid olunmasına reaksiya verib.

Stadium.Az xəbər verir ki, hazırda vətənində - "Palmeiras"da top qovan futbolçu belə deyib:

"Komanda yoldaşlarına hörmət etməyən, dava-dalaş salan insan mənəmsə, Corco şalvarını batırmağa hər an hazır olan qorxaqdı. Bəli, məhz belədi. Öz kitabında mənim haqqımda yazdıqlarını oxumamışam. Heç oxumaq fikrim də yoxdu. Kyellininin etdiyini etməkdən daha asan iş yoxdu. Balotellinin xarakterinə görə döyülməli olduğunu, mənim ondan da pis biri kimi yadda qaldığımı deyibsə, bu, onun öz işidi.

Bilin ki, heç vaxt orda oynadığım dönəmdə "Yuventus"a qarşı hörmətsizlik etməmişəm. Bundan sonra adam yerinə qoymayacağım bir insan var, o da Kyellinidi. Unutmasın ki, mən "Qalatasaray"a keçəndən sonra onun "Yuventus"unun üzünə bir-iki şapalaq vurub Çempionlar Liqasından kənara tullamışdıq...

Özünü elə aparır ki, sanki dahidi. Bəlkə də Braziliya millisindən Konfederasiyalar Kubokunda (2009) aldıqları 3:0 hesablı məğlubiyyəti hər dəfə yadına salanda gözünün qabağına mən gəlirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail