AFFA 5 əvəzetməyə icazə verəcək?

09.05.2020 | 4441 dəfə oxunub

AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb. Stadium.Az qurumun saytına istinadən xəbər verir ki, açıqlamada AFFA-nın daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya müraciət etdiyini xatırladılıb.

"Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.

Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə açıqlamada qeyd olunub.

AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail