FİFA təsdiqlədi: 5 dəyişilikliyə icazə verildi

09.05.2020 | 4517 dəfə oxunub

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib. Stadium.Az xəbər verir ki, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.

Yeni qaydalara əsasən, 2020-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan turnirlərdə hər komanda oyun ərzində 5 əvəzetmədən istifadə edə bilər.

Bu yeniliyi təqbiq etmək qərarı federasiyaların və konfederasiyaların öhdəliyinə buraxılır. 5 əvəzetmədən həm mayın 16-da start götürəcək Bundesliqa matçlarında, həm də 7 turu geridə qalan Belarus çempionatının qarşılaşmalarında istifadə oluna bilər.

Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilməlidir. Bunu fasilədə də etməyə icazə verilir. IFAB və FIFA müvəqqəti qaydanın 2021-ci ildə sona çatacaq turnirlərdə tətbiq olunacağına dair hələ qərar verməyib.

Peşəkar klub turnirlərində təkrar əvəzetmələr əvvəlki kimi qadağandır. VAR-dan (videotəkrar) istifadəyə davam etmək və ya bu xidmətdən müvəqqəti imtina qərarı federasiya və konfederasiyaların ixtiyarında qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail