Rusiya Avropa çempionatı üçün zəmanət verir

02.05.2020 | 4904 dəfə oxunub

Rusiya hökuməti 2021-ci ildə Avropa çempionatının keçirilməsi üçün zəmanət verib. Stadium.Az xəbər verir ki, bu barədə ölkənin idman naziri Oleq Matıtsin TASS-a bildirib.

O, lazım olan hər şeyin İdman Nazirliyi tərəfindən edildiyini, zəmanətlərin təsdiqləndiyini və UEFA-ya göndəriləcəyini vurğulayıb. Nazir ölkənin AVRO-2020-yə tam hazır olacağını söyləyib.

Daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. AVRO-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail