"Kəpəz"in toxunulmaz rekordu

30.04.2020 | 4632 dəfə oxunub

Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb. Stadium.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib.

Mütləq rekord Gəncə klubuna məxsusdur. “Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçirib. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) görüşünə təsadüf edib.

10 və daha çox top fərqilə qazanılan qələbələr

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” – “Şəmkir” - 14:2

1998/99 mövsümü

07.02.1999. “Neftçi” – “Şahdağ” Qs - 11:0

1993/94 mövsümü

28.05.1994. “Turan” – “Kürmük” - 10:0

1994/95 mövsümü

20.10.1994. “Xəzər” S – “Neftçi” - 0:10

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs - 11:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail