Bordin: "Azərbaycanın ən titullu komandasında işləyirdik"

29.04.2020 | 5468 dəfə oxunub

"Çempionluq qazansaydıq, əla olardı. Çünki Azərbaycanın ən titullu komandasında işləyirdik. Çalışdıq, amma heç nə alınmadı".

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin italiyalı sabiq baş məşqçisi Roberto Bordin İtaliyanın calciomercato.com saytına müsahibəsində deyib.

İtaliyalı mütəxəssis 2018/19 mövsümündə çempionluğu əldən vermələrini belə izah edib: "Gəldiyimiz vaxt son 5 ilin çempionu "Qarabağ"la rəqabət aparmaq üçün güclü komanda yaradılmışdı. Onların digər komandalarla müqayisədə ciddi büdcələri var. Mübarizə apardıq, qış fasiləsinədək 5 xal irəlidə olduq. Bu, bizdə böyük həvəs yaratmışdı. Təəssüf ki, mövsümün həlledici mərhələsində bəzi səhvlərə yol verdik və yekunda ikinci yeri tutduq".

Bordin bildirib ki, 2019/20 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırdıqdan sonra Rusiyadan təklif alıb. Onun sözlərinə görə, təklifi dəyərləndirdiyi və digər müraciətlərin olacağını gözlədiyi müddətdə İtaliya variantına da ümid edib: "Ola bilsin, İtaliyadan heç vaxt təklif gəlməyəcək. Evimə qayıtmağın pis olmadığını fikirləşdiyim vaxt mənə çox şey vermiş "Neftçi" və ya "Şerif" variantlarını qəbul edirsən".

55 yaşlı Bordin "Neftçi"də 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail