İspaniya La Liqasında futbolçuların qucaqlaşmasına qadağa qoyulub

28.04.2020 | 4858 dəfə oxunub

İspaniya futbol klublarının həkimlər birliyinin prezidenti Rafael Ramos koronavirusa görə  təxirə salınan La Liqada mövsümünün bərpa olunmasından sonra hansı tədbirlərin görüləcəyindən danışıb.

Stadium.Az xəbər verir ki, o, “El Pais”ə müsahibəsində qazon da daxil olmaqla hər şeyin dezinfeksiya olunacağını bildirib. Ramos “Top vasitəsilə virusun yayılma riski varmı” sualını belə cavablandırıb:

“Prinsipcə yox. Çünki qazon da daxil olmaqla hər şey oyundan əvvəl, fasilədə və matçdan sonra dezinfeksiya ediləcək. Bu cür top belə ot örtüyündə yuvarlandıqda, çətin ki, yoluxma olsun”.

Ramos futbolçuların qol sevinci zamanı qucaqlaşmasına qadağa qoyulacağını da deyib: “Artıq hər şey fərqli olacaq. Futbolçular oyun epizodunda bir-birindən yapışmayacaq və  qol sevinci zamanı qucaqlaşmayacaqlar”.

İspaniya La Liqası martın 12-də koronavirus səbəbindən dayandırılıb. Çempionatın may və ya iyun ayında bərpa olunacağı haqda xəbərlər yayılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail