"Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir"

28.04.2020 | 4486 dəfə oxunub

"Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir".

Stadium.Az xəbər verir ki, bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında milli assosiasiyalara maliyyə yardımı barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, hər federasiyaya 4,3 milyon avro vəsait köçürüləcək: "Bu məbləğ futbol ictimaiyyətinin bərpası üçün istifadə oluna bilər. Hesab edirəm ki, kömək etmək üçün bacardığımız qədər məsuliyyətli qərar qəbul etdik".

Çeferin böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyduğunu söyləyib: "Şübhəsiz, adət etdiyimiz həyat tərzinə qayıtdıqdan sonra futbol yenə diqqət mərkəzində olacaq. Bu an yetişdikdə, futbol cavab verməyə hazır olmalıdır".

UEFA quruma üzv olan 55 milli assosiasiyaya ümumilikdə 236,5 milyon avro maliyyə yardımı ayırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail