"Olimpiakos" danışılmış oyunlarda ittiham edilir

26.04.2020 | 4603 dəfə oxunub

Yunanıstan Super Liqasında 2015-ci ildə keçirilmiş "Olimpiakos" - "Atromitos" matçı ilə bağlı araşdırmalara başlanılıb.

Stadium.Az xəbər verir ki, meydan sahiblərinin prezidenti Yevangelos Marinakis danışılmış oyunun təşkilində ittiham olunur.

Şübhələr təsdiqini tapsa, Olympiacos aşağı diviziona göndərilə, Marinakis isə ömürlük diskvalifikasiyaya məruz qala bilər. Onu 3 milyon avro cərimə də gözləyir.

Prokurorluq bir neçə hakim və klubu, o cümlədən, "Panatinaykos"u da ittiham edir. Şübhə altına ümumilikdə 15 nəfər, o cümlədən "Atromitos"un prezidenti Giorgios Spanos, Yunanıstan Futbol Federasiyasının sabiq prezidenti Georgios Sarris, qurumun keçmiş vitse-prezidenti Aristidis Statopulos və 6 hakim də düşüb. Bu işlə 2014-2015 və 2017-ci illərdə Atromitos-un baş məşqçisi olmuş Rikardu Sa Pintu da əlarələndirilə bilər.

1925-ci ildə təsis olunmuş "Olimpiakos" Yunanıstanın ən titullu klubu (44 çempionluq) sayılır. Bu mövsüm "qırmızı-ağlar" 26 turdan sonra böyük fərqlə öndədirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail