Niderlend çempionatında mövsüm ləğv olunub

25.04.2020 | 5200 dəfə oxunub

Koronavirus pandemiyasına görə Niderlend çempionatında mövsüm ləğv olunub. Stadium.Az xəbər verir ki, bu barədə Eredeviziyanın rəsmi saytı məlumat yayıb.

Çempion elan olunmayacağı və yüksək liqanı heç bir komandanın tərk etməyəcəyi bildirilib. Yeni mövsümdə isə hazırkı 18 klub iştirak edəcək. 

Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək. Lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan “AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan “Feyenoord”  Avroliqanın qrup mərhələsində, PSV və “Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.

Bundan başqa, Hollandiya kubokunun “Utrext” - "Feyenoord" finalı da baş tutmayacaq. Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail