Prosineçki: "bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb"

22.04.2020 | 5135 dəfə oxunub

Hazırda Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”u çalışdıran Robert Prosineçki yenidən millimizi çalışdıracağı barədə Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, “Futbol+” qəzetinə açıqlamasında hazırda ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözlədiklərini söyləyib.

“Hazırda “Kayserispor”un başındayam və hədəfimiz Super Liqada qalmaqdır. Ona görə də indi başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Yəni yenidən millini çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb” – deyə R.Prosoneçki bildirib.

Xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail