"Rəvan" rəsmən altılıqdan kənarda qaldı

21.02.2012 | 4752 dəfə oxunub

Premyer Liqada daha 1 komanda “altılığ”a düşmək şansını rəsmən itirib. Stadium.az xəbər verir ki, XXI tur çərçivəsində bu gün səfərdə “Neftçi”yə uduzan (0:1) “Rəvan” taleyini həll edib. 

Belə ki, turnir cədvəlində 1 pillə geriləyərək, 8-ci yerə düşən debütant 6-cı olan “Qəbələ”dən artıq 7 xal geri qalır. İlkin mərhələnin sonuna 2 tur qaldığından, “Rəvan” qəbələlilərə çata bilməyəcək. 

Göründüyü kimi, “altılığ”a 2 vəsiqə uğrunda 3 iddiaçı qaldı. Bunlar 5-7-ci pillələrdə gedən “Bakı” , “Qəbələ” (hər ikisi 32 xal) və AZAL-dır (26). Ancaq ilk 2 komanda daha şanslıdır. 

Çünki “Bakı” ilə “Qəbələ”yə vəsiqəni rəsmiləşdirmək üçün son 2 turda 1 xal da yetərlidir. AZAL-ın üstünlüyü ondadır ki, rəqiblərini şəxsi oyunlarda qabaqlayır. Bu, xallar bərabər olacağı halda, onu üstün edəcək. Onun reallaşmağı üçünsə “Bakı” ilə “Qəbələ” son 2 turda uduzmalı, AZAL mütləq qalib gəlməlidir. 

“Təyyarəçilər”ə evdə autsayder “Sumqayıt”ı yenmək asan olacaqsa, bunu “Qarabağ”la səfər matçında reallaşdırmaq çətin görünür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail