UEFA-nın Avrokuboklar barədə yeni planı

21.04.2020 | 5171 dəfə oxunub

UEFA-nın Çempionlar Liqasını və Avropa Liqasını başa çatdırmaq üçün daha bir planı bəlli olub. Stadium.Az xəbər verir ki, qurum matçların üç gündən bir keçirilməsini təklif edir.

Müzakirə olunan daha bir fikir isə Çempionlar Liqasının yarımfinal və final oyunlarının 5 gün ərzində Türkiyənin İstanbul şəhərində, Avropa Liqasının eyni mərhələlərinin isə Polşanın Qdansk şəhərində təşkilidir.

Əsas prioritet isə ölkə çempionatlarının başa çatdırılmasıdır. Bunu UEFA prezidenti Aleksander Çeferin aprelin 21-də 55 milli assosiasiya ilə keçirəcəyi video-konfransda da bəyan edəcək. Bundan iki gün sonra isə UEFA İcraiyyə Komitəsinin iclasını keçirəcək.

Plana əsasən, Çempionlar Liqasının finalı avqustun 29-da, Avropa Liqasının həlledici görüşü bundan 3 gün sonra təşkil olunmalıdır. Gələn mövsüm avrokubokların qrup mərhələləri isə oktyabrın 20-dən tez start götürməməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail