Bu ölkədə aşağı liqaya düşən komanda olamayacaq

19.04.2020 | 4798 dəfə oxunub

Meksikada futbol üzrə əsas və ikinci liqalarla bağlı mühüm qərar qəbul olunub. Stadium.Az xəbər verir ki, sözügedən çempionatlarda klubların qarşıdakı 5 mövsüm ərzində aşağı liqaya göndərilməməsinə qərar verilib.

Bu barədə liqanın prezideti Enrike Bonilya məlumat verib. O bildirib ki, elitadakı 18 klub prezidentinin iştirakı ilə videokonfrans keçirilib. Klublar koronavirus səbəbindən maliyyə problemi yaşadığı üçün videokonfranda 5 mövsüm ərzində hazırkı komandaların əsas liqada qalmasına qərar verilib.

Bonilya bu qərarla öncədən razılaşan və vəzifəsi yaxşı gənc oyunçuları üzə çıxarmaq olacaq ikinci liqa klublarına isə qarşıdakı 5 il ərzində hər mövsüm üçün 845 min dollar köməklik ediləcəyini vurğulayıb.

O, eyni zamanda koronavirus səbəbindən ikinci liqada 2019/20 mövsümünün ləğvinə qərar verildiyini və çempionun elan edilməyəcəyini açıqlayıb. Sözügedən çempionatda cari mövsümün cəmi 8 turu geridə qalmışdı. Meksikanın əsas futbol liqasında isə 10 tur oynanılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail