Azərbaycanda klubların məşq etməsinə icazə veriləcək?

19.04.2020 | 5015 dəfə oxunub

“Çempionatın bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativlə Qərargahla əlaqə saxlamamışıq, onlara hər hansı bir müraciətimiz də olmayıb. Qərargahın verdiyi qanunlar var, bunlar ictimaiyyətə açıqlanıb, biz də riayət edirik”.

Stadium.Az xəbər verir ki, bu fikirləri “report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi qurumun AFFA və klublar rəhbərləri ilə daim əlaqədə olduğunu sözlərinə əlavə edib: “Bu məsələlərlə bağlı daim danışıqlar olur. Sadəcə, müzakirə olunanları ictimaiyyətə açıqlamırıq”.

Şahgəldiyev karantin müddəti uzadılandan sonra komandalara məşq üçün icazə verilməsi məsələsinə də münasibət bildirib:

“Hər şey ola bilər, bütün məsələlər müzakirə olunur. Sadəcə müzakirə olunanları açıqlamaq istəmirik. Nazirlər Kabinetinin qəbul edəcəyi qərarlardan çox şey asılıdır. Aprelin 20-dən sonra karantin müddətinin uzadılacağı və hansı müəssisələrə işləmək üçün icazə veriləcəyi deyiləcək. Yəqin ki, qadağalar aradan qalxsa, müəyyən güzəştlər olacaq. Biz də Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməliyik”.

Azərbaycan Premyer Liqasında fasilənin müddəti qeyri-müəyyən müddətədək uzadılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail