Yeni mövsümdə Avrokuboklar bu tarixdə başlayacaq

18.04.2020 | 4670 dəfə oxunub

2020/21 mövsümü avrokubokların qrup oyunlarının başlama vaxtı bəlli olub. Stadium.Az xəbər verir ki, bu barədə İspaniyanın sports.es saytı məlumat yayıb.

Bildirilir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə oktabrın 20-si, Avropa Liqasının qrup oyunlarına isə oktyabrın 21-i start vermək niyyətindədir.

Bundan başqa, qitənin ali futbol qurumu Azərbaycan klublarının da qatılacağı avrokubokların təsnifat mərhələsi ilə bağlı da müzakirə aparıb. Hələlik bununla bağlı tarix bilinməsə də, avrokubok yarışlarının iyulun sonu, avqustun əvvəlləri və ya ortaları başlanması planlaşdırılıb. Yerli liqaların bitəcəyi vaxt avrokubokların vaxtlarının müəyyənləşdirilməsində əsas baza rolunu oynayacaq.

İspan jurnalistlər əldə etdikləri sənədə istinadla yazırlar ki, UEFA yerli çempionatların uzağı iyulun 31-nə kimi başa vurulmasını istəyir. Bu da səbəbsiz deyil. Çünki iyunun 30-da müqaviləsi başa çatacaq oyunçulara koronavirus pandemiyasına görə çempionatların dayanması ilə əlaqədar müqavilələrini bir ay müddətinə uzatmaları tövsiyə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail