Dino Ndlovu: "Yalnız bundan sonra sistem sizə yaşıl kod verəcək"

18.04.2020 | 5390 dəfə oxunub

"Çində insanlara ictimai yerlərə, ticarət mərkəzlərinə, banklara və digər obyektlərə daxil olmaq üçün sağlamlıq kartı kodu verirlər. Bu yolla əvvəlcə sizi yoxlayırlar ki, həmin yerlərə daxil olmaq üçün sağlam olub-olmadığınızı söyləsinlər".

Stadium.Az xəbər verir ki, bu fikirləri Çinin "Xançjou Qrintaun" klubunun cənubi afrikalı futbolçusu Dino Ndlovu "dispatchlive.co.za" saytına açıqlamasında Asiya ölkəsində koronavirusla mübarizə üçün yeni texnologiyanın tətbiqi baradə danışarkən deyib.

30 yaşlı hücumçu bildirib ki, belə üsulla insanların virusa yoluxub-yoluxmadığını müəyyənləşdirirlər: "Hər şey əhalinin təhlükəsizliyi üçündür. İctimai yerə çatan kimi mobil telefonunuza kod gəlir. Siz onu dərhal telefonun kamerası vasitəsilə skan etməlisiniz. Məlumatlarınızı izləmək və daxil etmək üçün daha bir neçə suala cavab vermək lazımdır. Yalnız bundan sonra sistem sizə yaşıl kod verəcək".

Afrikalı forvardın sözlərinə görə, yaşıl kod almaq hələ tam icazə demək deyil: "İctimai yerə daxil olmazdan əvvəl müayinədən keçməli və əllərinizi yumalısınız".

Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail