DÇ-2022 işçilərindən 8-i koronavirusa yoluxub

18.04.2020 | 4607 dəfə oxunub

Qətərdəki futbol üzrə 2022-ci il dünya çempionatı üçün obyektlərin hazırlığında iştirak edənlərdən 8-i koronavirusa yoluxub. 

Stadium.Az xəbər verir ki, yoluxanlardan 2-si podratçı, qalanları isə fəhlə kimi çalışır. Onların hamısı xüsusi tibb müəssisəsində izolyasiya olunublar və həkim nəzarəti altındadırlar. Xəstələr pulsuz dərmanla təmin olunur və Qətər hökumətinin siyasətinə uyğun olaraq maaş alırlar. 

Təşkilatçılar işçilərin vəziyyətini diqqətlə izlədiklərini də vurğulayıblar. 55 yaşdan yuxarı insanlar və xroniki xəstəliyi olanlar əmək haqları saxlanılmaqla işdən müvəqqəti azad ediliblər. Qalan əməkdaşların sutkada iki dəfə temperaturları ölçülür. Bütün obyektlər maska və antiseptik vasitələrlə təmin olunub. Koronavirus şübhəsi olanların izolə edilmələri üçün kifayət qədər yerin olduğu bildirilir. 

2022-ci il dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail