Rayan Giqqz: "Bakıya səfəri təkrarlamalı olacağıq"

18.04.2020 | 4768 dəfə oxunub

"Biz bu yaya hazır idik və yaxşı dinamika göstərirdik. Əlbəttə, AVRO-2020-nin təxirə salınması neqativ hadisə oldu".

Stadium.Az xəbər verir ki, bunu Uels milli komandasının baş məşqçisi Rayan Giqqz BBC-yə müsahibəsində deyib. 47 yaşlı mütəxəssis bildirib ki, qitə çempionatının 2021-ci ilə ertələnməsi rəhbərlik etdiyi komandanın planlarını açıq-aşkar pozub: "Hazırlıq prosesimizin bir hissəsi kimi mən oyunlarımızın keçiriləcəyi Bakı və Roma şəhərlərinə yollanmış, hər şeyi yerindəcə yoxlamışdım. Eyni şeyi gələn il də təkrarlamalı olacağıq".

Bununla yanaşı, ötənlərin tanınmış futbolçusu hər zaman pozitiv yanaşmaların tərəfdarı olduğunu vurğulayıb. O, Co Allen və Devid Bruksun zədədən qayıdaraq, gələn ilədək tam hazır olacaqlarına, gənc futbolçuların isə daha çox təcrübə toplayacaqlarına əminlik ifadə edib. Giqqz bütün oyunçularla, xüsusən, zədədən qayıdanlarla daim əlaqə saxladığını diqqətə çatdırıb.

Vladimir Petkoviç, Şenol Günəş, Roberto Mançini və Rayan Giqqz AVRO-2020-nin püşkatma mərasimindən sonra

Baş məşqçi koronavirus pandemiyası ilə əlaqədar evdə olduğu müddətdə idman kanallarını və Uels yığmasının əvvəlki oyunlarını izlədiyini bildirib. O, xüsusən, Azərbaycan millisi ilə də eyni qrupda yer aldıqları AVRO-2004-ün seçmə mərhələ qarşılaşmalarına diqqət çəkib. Giqqz həmin vaxt özünün futbolçu kimi çıxışını seyr etdiyini vurğulayıb. Sabiq yarımmüdafiəçi 2002-ci il oktyabrın 16-da İtaliya üzərində qazandıqları 2:1 hesablı qələbəni fərqləndirib. Sözügedən tsikldə Azərbaycanla oyunlarda Uels Bakıda 2:0, Kardiff şəhərində 4:0 hesablı qalibiyyət əldə etmişdi. 

AVRO-2020-də Uelsin A qrupunda İsveçrə və Türkiyə ilə oyunları Bakıda, İtaliya ilə qarşılaşması isə Romada keçirilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail