Rauf Mehdiyevin rekordu hələ də əlçatmazdır

18.04.2020 | 5062 dəfə oxunub

Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir. Stadium.Az xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, "Simurq" və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb.
 
İkinci göstəriciyə Hüseyn Məhəmmədov malikdir. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb – 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən çox quru oyun keçirən 10 qapıçı

1. Rauf Mehdiyev -  137

2. Hüseyn Məhəmmədov - 120

3. Nizami Sadıqov - 111

4. Fərhad Vəliyev - 110

5. Cahangir Həsənzadə -  108

6. Elxan Həsənov - 107

7. Kamran Ağayev - 96

8. Camaləddin Əliyev - 85

9. Elşən Poladov - 84

10. Nadir Şükürov - 83



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail