"Qəbələ"nin ən çox qol vuranları

16.04.2020 | 4852 dəfə oxunub

Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 9 fərqli futbolçu fərqlənib. Ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandanın bombardiri olmaq şansları daha yüksəkdir.

Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.

Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçu buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.

 

1. Baqali Dabo – 13 (2017/18)

2. Daniel Subotiç – 12 (2013/14)

3-4. Cavid Hüseynov – 11 (2014/15)

Filip Ozobiç – 11 (2016/17)

5-6. Aleksey Qay – 10 (2015/16)

Ceyms Adeniyi – 10 (2018/19)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail