Şotlandiya çempionlar elan olundu

16.04.2020 | 4511 dəfə oxunub

Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyinə rəsmən aydınlıq gəlib.

Stadium.Az xəbər verir ki, bu ölkənin 2-ci (Championship), 3-cü (League One) və 4-cü (League Two) liqalarında yarıda qalan mövsümün ləğv olunması səsverməyə çıxarılıb.

Şotlandiya Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edib. Həmin klublar mövsümün ləğvinə qərar veriblər. Çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunub. Belə olan halda ilk pillədə qərarlaşmış komandalar çempion elan edilib. Beləliklə, 2-ci liqada “Dandi Yunayted”, 3-cü liqada “Raith Rovers”, 4-cü liqada isə “Kove Reyncers” bu mövsümün çempionuna çevrilib.

Rəsmi açıqlamada üst liqaya yüksələcək və ya çempionatı tərk edəcək komandalarla bağlı daha sonra qərar veriləcəyi bildirilib. Hazırda bu məsələ ilə bağlı xüsusi çalışmalara start verilib.

PFL Şotlandiyanın yüksək liqası ilə də bağlı açıqlama yayıb. Premyer Liqa ilə bağlı ayrı bir toplantı keçiriləcəyi bildirilib. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belə olan halda “Seltik” çempion elan olunacaq. Hazırda bu komanda 80 xalla zirvədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail