Poqbadan Aleks Ferqyusona ittihamlar

16.04.2020 | 4692 dəfə oxunub

Pol Poqba jurnalist Canluka Di Martsionun saytına açıqlamasında 2012-ci ildə "Mançester Yunayted"dən ayrılma səbəbləri barədə danışıb.

Stadium.Az xəbər verir ki, fransız futbolçu komandanın o vaxtkı baş məşqçisi Aleks Ferqyusonun ona inanmadığını bildirib:

"Aleks Ferqyusonla aramda etimad problemi var idi. "Bləkbörn"lə oyun son oldu. Meydanda bir nəfər də olsun yarımmüdafiəçi yox idi. Mərkəzdə Park Ci Sun və Rafael oynadı, mən isə əvəzedicilər arasında qaldım. Matçdan məğlub ayrıldıq.

Ferqyuson məndən isinməyimi tələb edəndə meydana çıxacağımı düşündüm, amma mənə şans vermədi. Həmin gün Ferqyuson ürəyim sındırdı. Sonra Patris Evra ilə söhbətimdə, komandadan ayrılacağımı dedim. Amma bu, elə də asan olmadı.

"Yuventus"a keçdim. Ancaq orada mənə "ilk 11-lik"də yer alacağıma dair zəmanət verilməmişdi. Əsas heyətdə oynamağa hazır olduğumu göstərmək istəyirdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail