Villian: "Sazişimi uzatmağın çətin olacağını söyləyə bilərəm"

13.04.2020 | 4741 dəfə oxunub

"Çelsi"nin futbolçusu Villian mövsümün sonunda komandadan ayrıla biləcəyini deyib. Stadium.Az xəbər verir ki, braziliyalı vinger"Fox Sports"a açıqlamasında mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaq barədə düşünmədiyini bildirib:

"Çelsi"də möhtəşəm işlər gördüm. Azarkeşlərin dəstəyi sayəsində özümü hər zaman özəl hiss etmişəm. Müqaviləmin mövsümün sonunda bitəcəyini hər kəs bilir. Sazişimi uzatmağın çətin olacağını söyləyə bilərəm".

31 yaşlı futbolçu "Çelsi"dən 2 illik müqavilə təklifi aldığını söyləyib: "Nələr olacağını bilmirik. Anidən klubla anlaşa bilərəm. Ancaq müqaviləm bitəcəyi üçün başqa klublarla danışıq aparacam. DÇ-2018-dən sonra "Barselona"dan təklif almışdım, amma "Çelsi" məni göndərmək istəmədi. Avropada daha bir neçə il oynamaq gücüm var".

Braziliya millisinin üzvü 2013-cü ildən "Çelsi"də çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail