"Tottenhem" Hari Keynə rekord qiymət qoydu

12.04.2020 | 4795 dəfə oxunub

"Tottenhem" komandanın kapitanı Harri Keyni "Mançester Yunayted"ə 200 milyon funt sterlinqə sata bilər. Stadium.Az xəbər verir ki, London klubunun sahibi Daniel Levi 26 yaşlı hücumçu ilə ağır maliyyə durumuna görə vidalaşmağa hazırdır.

Paytaxt təmsilçisində belə vəziyyət dünya futbolundakı koronavirusla əlaqədar məcburi fasilə üzündən yaranıb. Üstəlik, Klubun yeni stadion tikintisinə ödəniş öhdəlikləri də var.

Bu transfer baş tutsa, dünya futbolunda yeni rekord müəyyənləşəcək. Hazırkı rekord 2017-ci ildə "Barselona"dan PSJ-ə 222 milyon avroya keçən Neymara məxsusdur.

Harri Keyn 2011-ci ildən "Tottenhem"in oyunçusudur. O, iki dəfə İngiltərə Premyer Liqasının və 2018-ci il dünya çempionatının bombardiri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail