İspaniya La Liqası bu tarixlərdə bərpa oluna bilər

08.04.2020 | 4658 dəfə oxunub

İspaniya La Liqası may ayının sonunda davam edə bilər. Stadium.Az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib.

O, turnirin bərpası üçün ən çox müzakirə etdikləri tarixləri açıqlayıb. Tebas 28 may, 6 iyun və 28 iyunu nəzərdən keçirdiklərini söyləyib.

Liqanın rəhbəri koronavirus pandemiyasına görə klublara dəyəcək ziyanı da açıqlayıb: “İspaniya klublarının gəlirləri 1 milyard avro azalacaq. Əgər oynamağa başlasaq, matçlar boş tribunlar önündə olarsa, 300 milyon avro itirəcəyik. Turnir başlasa və azarkeşlərlə olsa belə, ziyanımız 150 milyon avro olacaq”.

İspaniya La Liqası martın 12-dən etibarən dayandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail