Maradona klubundan maaşının azaldılmasını istəyib

05.04.2020 | 3954 dəfə oxunub

Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar maaşının azaldılmasını istəyir.

Stadium.Az xəbər verir ki, o, pandemiyanın yaratdığı ciddi çətinliklərlə əlaqədar klubundan məvacinin azaldılmasını tələb edib.

Bu barədə klub prezidenti Qabriel Pelleqrino məlumat verib. O, Maradona ilə mövcud vəziyyəti müzakirə etdiklərini, baş məşqçinin ondan maaşının azaldılmasını istədiyini söyləyib.

Pelleqrino, Argentina futbolunun canlı əfsanəsi ilə müqavilənin müddətinin avqust ayında başa çatacağını, lakin buna görə narahat olmadıqlarını da bəyan edib. Onun sözlərinə görə, Maradonanın klubda qalacağına, yəni müqavilə müddətini uzadacaqlarına şübhə etmirlər.

Koronavirus pandemiyası ilə əlaqədar Argentinada da martın 17-dən etibarən bütün futbol yarışları təxirə salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail