İkardi mövsümün sonu PSJ-dən ayrılacaq

03.04.2020 | 3165 dəfə oxunub

PSJ-nin futbolçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib. Stadium.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Müqavilə ilə "İnter"ə məxsus olan argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilib.

Futbolçu və meneceri olan xanımı Vanda Naranın PSJ-nin idman direktoru Leonardo ilə görüşərək, qərarlarını söylədikləri qeyd olunub. Bundan sonra isə Paris klubu Milan təmsilçisi ilə İkardinin komandada qalması ilə bağlı danışıqları dayandırıb.

İkardi bu mövsüm Fransa Liqasında 20 matça çıxıb və 12 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail