Azərbaycan millisinin 2 üzvü karantinə alındı

28.03.2020 | 2680 dəfə oxunub

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb. Stadium.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar.

Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində oynayan Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər. "Al Nassr Saudi" klubunda çıxış edən Vüqar Bayramovla Andrey Vasilenko hələ də Bəhreyndədirlər və onlar çempionatın tam sona çatmasını gözləyirlər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət millinin ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Onların vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadır.

Bununla belə, çıxış etdikləri ölkələrdə qalan voleybolçular da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millinin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçi Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail