Azərbaycan "Formula 1"dən imtina edir

22.03.2020 | 3135 dəfə oxunub

Azərbaycan "Formula 1"dən imtina edir. Stadium.Az "Motosport"a istinadə xəbər verir ki, "Formula 1" rəhbərliyinin iştirakı ilə telefon vasitəsi ilə olan konfransında Azərbaycanın Qran-prinin keçirilməsindən imtina etməyə üstünlük verdiyi bildirilib.

Turnirin mart, aprel və may mərhələlərin ləğvi şəraitində  bu mövsüm ilk dəfə "Formula 1" Bakıda  keçirilməli idi. Ancaq Azərbaycan Qran-prisinin promouterləri koronavirusla bağlı öz narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu, "Formula-1"in təşkilatçıları üçün daha bir zərbə və ciddi maliyyə itkisi ola bilər. Çünki Bakıda yarış üçün ən yüksək qiymətlərdən birini ödəyir.

Azərbaycan iyunda keçirilməsi nəzərdə tutulan "Formula 1"dən imtina etmək istəyini şəhər magistral yolunun hazırlanmasına apreldə başlamalı olması ilə izah edib. Bu prosesin bahalı olduğu və yarış koronavirus səbəbindən ləğv olunacağı təqdirdə, pulun boşa çıxacağı vurğulanıb.

Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır. "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail