La Liqa prezidenti: "Cari mövsümü sona çatdıracağımızı düşünürəm"

16.03.2020 | 3049 dəfə oxunub

İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirus pandemiyası səbəbiylə dayandırılan turnirin taleyi ilə bağlı açıqlama verib.

Stadium.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri, cari mövsümdə La Liqanın davam etdiriləcəyini bildirib:

“Cari mövsümü sona çatdıracağımızı düşünürəm. Tarixləri müəyyənləşdirmək üçün digər liqaların rəhbərləri ilə birlikdə çalışırıq. Digər çempionatlar və İspaniya klubları ilə müzakirələr aparırıq. Bu həftə hamımız üçün vacibdir, AÇ-2020 ilə bağlı da yekun qərar veriləcək.

Bütün çempionatlar, klublar üçün çətin zamandır. Çempionatlarla bağlı yüzlərlə yayım müqavilələri var. Cari mövsüm üçün turnirlər ləğv edilsə, böyük problemlərimiz olacaq, xüsusilə də, iqtisadi baxımdan. Gəlirlərimiz azalacaq və büdcəni yenidən nəzərdən keçirməli olacağıq. Çempionatı bitirə bilməsək, nəzərdə tutduğumuz gəlirin 1/4 hissəsini itirəcəyik. Hazırda əsas fikrimiz çempionatı tamamlaya bilməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail