Azərbaycan boksçularının qatıldığı yarışın azarkeşsiz keçiriləcək

16.03.2020 | 3115 dəfə oxunub

Böyük Britaniyanın paytaxtı Londonda davam edən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçirilməsi qərara alınıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Xüsusi Boks Qrupu açıqlama yayıb. Bəyanatda bildirilir ki, qərar idmançıları, azarkeşləri və könüllüləri qorumaqdan ötrü qəbul olunub. Qadağa bu gündən qüvvəyə minib. Alınmış biletlərin pulları sahiblərinə 30 gün müddətində qaytarılacaq. 

Daha əvvəl Avropa Boks Konfederasiyasının (EUBC) rəhbəri Franko Falçinelli yarışın azarkeşlərin iştirakı ilə keçirilməsini hazırkı vəziyyətdə qəribə addım kimi dəyərləndirib.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin təşkilatçılığı ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyasını kənarlaşdıran IOC-un özü məşğul olub. Yarışda Azərbaycan boksçuları da mübarizə aparır.

Böyük Britaniyada koronavirus 1372 nəfərdə təsdiqlənib. Onlardan 35-i dünyasını dəyişib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail