Fransa Liqa-1 və Almaniya Bundesliqası da dayandırıldı

14.03.2020 | 3145 dəfə oxunub

Koronavirus epidemiyasına görə Almaniya Bundesliqasının oyunları da təxirə salınıb. Stadium.Az xəbər verir ki, bu barədə məlumatı Almaniya Futbol Assosiasiyasının tvitter səhifəsi məlumat yayıb.

Bundesliqa ilə yanaşı, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge”nin mübarizə apardığı 2-ci Bundesliqaya da fasilə verilib. Martın 17-dən aprel ayının 2-dək bu liqalarda oyunlar keçirilməyəcək.

Bu həftəsonu Bundesliqada keçiriləcək növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.

Almaniya ilə yanaşı Fransa Liqa-1 də də oyunlar dayandırılıb.

Bu haqda liqanın rəsmi saytında yayılan bəyanatda bildirilib. Qərar Fransa Prezidentinin ölkədə COVID-19 virusuna qarşı mübarizə çərçivəsində verdiyi sərəncama əsasən qəbul edilib. “Fransanın Peşəkar Futbol Liqasının Direktorlar Şurası Liqa 1 və Liqa 2-nin dərhal dayandılması barədə qərar qəbul edib” – deyə bəyanatda bildirilib.

Yarışın nə vaxt bərpa olunacağı barədə hələlik məlumat yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail