Rəşad Sadıqov milliyə namizədliyi barədə danışıb

14.03.2020 | 3285 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov millinin baş məşqçisi vəzifəsinə namizədliyi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Rəşad Sadıqov "azerisport.com"a müsahibəsində deyib ki, futbol ictimaiyyəti və mətbuatın inamı onu sevindirir: 

“Hamı bilir ki, mən öz işimə necə ciddi yanaşıram. Oyunçu karyerama davam etdirməklə yanaşı məşqçiliyi öyrənmiş, müxtəlif vaxtlarda bəzi komandaları çalışdırmışam. Demək olar ki, məşqçi fəaliyyəti mənim üçün başlayıb. Əgər bu müddətdə özüm barədə müsbət fikir yarada bilmişəmsə, buna ancaq sevinirəm. Müasir futbolda futbolçularla ünsiyyət və əlaqə cox vacibdir. Məni daha çox o fakt sevindirir ki, məhz futbolçular haqqımda yaxşı fikirdədirlər. Bu, məni bundan sonrakı fəaliyyətimə daha da motivasiya edir”.

Sadıqov bildirib ki, o, heç vaxt çətinliklərdən qaçmayıb: 

“Harda oynamaşımsa, bütün çətinliklərə hazır olmuşam. Hətta gənclərdən ibarət millini qəbul edəndə bilirdim ki, komandanın vəziyyəti sadə deyil. Mənə qədər son üç oyundan ikisində komanda böyük hesabla uduzmuşdu. Psixoloji vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, mənim rəhbərliyim altındakı 5 matçda komanda “döyüşdü”. Bəxtsizlik olmasaydı, biz 7-8 xal toplaya bilərdik. O ki qaldı milli komandaya, siyahıda ancaq əcnəbilərdir. Ona görə də də mənim tərəfimdən bu məsələni şərh etmək doğru olmazdı”.

“Karyeranızı bitirdikdən sonra yeni mövsüm üçün planınız nədir” sualına Sadıqov belə cavab verib: “Hələlik qərar verməmişəm. Mənim məşqçi həyatım təkliflərdən asılı olacaq (gülür)”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail