MLS də təxirə salındı

13.03.2020 | 3432 dəfə oxunub

Dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar daha bir futbol çempionatının dayandırılmasına qərar verilib.

Stadium.Az xəbər verir ki, söhbət ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-dən gedir.

Yarışın rəsmi saytının açıqladığı məlumata görə, yaranmış vəziyyətlə əlaqədar 30 gün müddətində heç bir oyun keçirilməyəcək. Amma MLS rəhbərliyi bu müddətin artırılmasını da istisna etmir. Növbəti qərar hadisələrin gedişatından asılı olacaq.

Artıq Avropanın əksər aparıcı ölkələrində də futbol çempionatlarına məcburi fasilə verilib. Bunların arasında İtaliya, İspaniya, Niderland, Portuqaliya, Norveç, İsveçrə, Rumıniya, Macarıstan, Slovakiya, Danimarka, Gürcüstan və digər ölkələr də var. Cənubi Koreya, Yaponiya, İran, Meksika, Kolumbiya və daha bir neçə ölkə də oxşar qərarlar qəbul edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail