Simeone: "Barselona"nın Messisi, bizim də Oblakımız var"

12.03.2020 | 3093 dəfə oxunub

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Stadium.Az xəbər verir ki, o, oyun haqda belə danışıb:

"4-5-1 sxeminə keçmək bizə əks-hücumlar üçün epizodlar yaratmağa imkan verməli idi və belə də oldu. Topu rəqibimizə verərək oynamağı seçdik. Onlar nə qədər irəli gəlsə də, biz də onları dayandırdıq. Buna görə çox xoşbəxtəm. Bu tarixi stadionda rəqibimizin möhtəşəm oyununa qarşı qalib gəlmək böyük sevincə səbəb olur.

Biz yenidən Avropada səkkiz ən yaxşı komandası arasındayıq. Çox gözəl bir gecə oldu. Liorentenin fərqlənməsinin ən böyük səbəbi "Liverpul"un ikinci qolu vurması oldu. Bu qələbə qazanmağımız üçün bəsit səbəb kimi görünə bilər, ancaq belə deyil.

Azarkeşlər də onlara dəstək olurdular. Ancaq biz "Liverpul"u keçə bildik. Futbolda oyunu rəqib üçün çətinləşdirmək lazımdır. Saviç, Lodi, Felipe, Feliks, Kosta və digər futbolçular bütün gücləri ilə çalışdılar. Biz hətta onların ikinci qolundan sonra təslim olmadıq və özümüz fərqləndikdə xüsusi bir şey hiss etdik.

Onun dünyanın ən yaxşı qapıçısı olmasına heç bir şübhəm yoxdur. O, bizim üçün vacib oyunçudur. "Barselona"nın Messisi, bizim də Oblakımız var. Onun çıxışı nəticəyə təsir edir. Oblak buna görə də layiq olduğu yerdədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail