Klopp: "Futbolçularım oynamaqda çətinlik çəkirdilər"

12.03.2020 | 3000 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab matçdan sonra jurnalistlərə açıqlama verib. Stadium.Az xəbər verir ki, o, komandasının oyunundan razı qaldığını bildirib: 

"Düzgün sözlər axtarıram. Əsas səhvimiz ikinci qolu əsas vaxtda yox, əlavə vaxtda vurmağımız oldu. Çünki əsas vaxtda gözəl oynadıq. Amma buraxdığımız qolları izah etmək mümkün deyil. Qapımızda gördüyümüz ikinci qoldan sonra oyunçular yorulmuşdular. Onlar oynamaqda çətinlik çəkirdilər. Ötürmələr artıq istədiyimiz kimi deyildi.

Birinci qoldakı kimi oyunumuzu sadəcə unutmuşdular. Belə rəqiblərə qarşı oynamaq çətindir. Amma "Atletiko" kimi komandanın niyə belə oynadığını anlamıram. Rəqibimiz əsl futbol oynaya bilərdi. Ancaq onlar çox müdafiə olunurdular və əks-hücumlardan istifadə edirdilər.

Düzgün hesab etməsəm də, bu nəticəni qəbul edirik. Bu matçda şanssız idik. Xüsusilə, oyunçularım hər iki xəttdə 4 nəfərlə qorunan dünya səviyyəli rəqibə qarşı görüşdə çox təşəbbüs göstərdilər.

Bəli, son iki ildə uğurlarımız oldu. İki dəfə finala çıxdıq. Amma bu oyunda əsas məqamlarda hər şey bizə qarşı oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail