Yunanıstanda böyük etiraz

Qarşılaşmalar təxirə salındı

18.02.2012 | 5942 dəfə oxunub

Yunanıstan hökumətinin futbolla bağlı yeni layihəsinə etiraz edən Super Liqa rəhbərliyi matçları təxirə salmağa qərar verib. Stadium.az xəbər verir ki, iqtisadi cəhətdən çətin dövrünü yaşayan Yunanıstanda hökumətin maliyyə böhranı ilə mübarizə çərçivəsində qənaət məqsədilə futbol klublarına edilən ödənişlərə məhdudiyyət qoymasına və klub fəaliyyətləri ilə bağlı yeni tənzimləmələrə etiraz edən Super Liqa rəhbərliyi 25-26 fevral tarixində keçiriləcək qarşılaşmaları təxirə salıb.

Super Liqa rəhbərliyindən verilən açıqlamada bu qərarın hökumətə xəbərdarlıq mənası daşıdığı vurğulanıb. Növbəti günlərdə Milli Məclisdə təsdiq edilməsi gözlənilən yeni qanun layihəsində klublar üçün heç də müsbət olmayacaq bir çox maddələr yer alıb. Belə ki, yeni layihəyə görə futbol mərc oyunlarını təşkil edən OPAP şirkəti tərəfindən klublara əvvəlki kimi illik 17 milyon avro deyil, 5.5 milyon avro, gələn il üçün isə 8.5 milyon avro ödəniş edilməsi nəzərdə tutulub.

Layihə həm də, matçların biletlərinin 15%-nin OPAP tərəfindən satılmasını, futbol klublarının vergi ödənişində dəyişiklik edilməsini və azarkeşlərin səbəb olduğu hadisələrə görə klub rəhbərliyinin də cəzalandırılması kimi maddələri əhatə edir.

Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Araz Abdullayevin çıxış etdiyi "Panionios" klubu da fevralın 26-da meydana çıxmalı idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail