Dele Alli çinliləri ələ saldı

11.02.2020 | 5354 dəfə oxunub

İngiltərə yığmasının və "Tottenhem"in yarımmüdafiəçisi Dele Allinin sosial şəbəkələrdən birində paylaşdığı video ona çox ciddi problem yaradıb.

Stadium.Az xəbər verir ki, 23 yaşlı futbolçu “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib.

Amma onun bu zarafatı heç də birmənalı qarşılanmayıb. Bu üzdən də futbolçu az sonra həmin videonu silmək məcburiyyətində qalıb. O, başqa bir video paylaşmaqla hər kəsdən üzr istəyib:

“Bu, komik deyildi və bunu dərhal başa düşərək videonu sildim. Özümü və klubumu pis vəziyyətdə qoydum. Başa düşürəm ki, bu durum zarafat mövzusu deyil. Bütün sevgimi, düşüncələrimi və dualarımı Çindəki hər kəsə göndərirəm”.

Bu məsələ İngiltərə Futbol Assosiasiyası da biganə qalmayıb. Qurum dərhal futbolçunun hərəkəti ilə bağlı araşdırmaya başlayıb. Britaniya mətbuatının iddiasına görə, federasiya Dele Allini 2 oyunluq cəzalandıra bilər.

Hazırda dünya miqyasında 40 mindən çox insanda koronavirus aşkarlanıb, 1000-ə yaxın şəxs isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail