Ovusu Kvabena Azərbaycana gəlməyinin səbəbini açıqladı - MÜSAHİBƏ

09.02.2020 | 5536 dəfə oxunub

"Qarabağ"ın yeni transferi  Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.

- Bu görüş Azərbaycandakı ilk oyununuz idi. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?

- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş etdirməlisən.

- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiniz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?

- Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.

- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?

- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.

- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa Avrokuboklarda çıxış etmək?

- Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan.

- Özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?

- Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail