"Neftçi" 11 futbolçusunu itirir

17.02.2012 | 5889 dəfə oxunub

"Neftçi"nin 11 yetirməsi U-21-in düşərgəsinə dəvət alıb. Stadium.az xəbər verir ki, hazırda flaqmanın fomasını geyinən Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və Əyyub Əliyev milli komandanın fevral ayının 22-29-u aralığında keçiriləcək toplanışına çağırılıb. Yığmaya dəvət alanlar arasında 2 legioner həyatı yaşayan futbolçu var ki, onlar da "Neftçi"nin yetirmələridir. Söhbət Yunanıstanın "Ponionios" klubunda oynayan Araz Abdullayev və Türkiyənin "Ərciyəzspor" komandasında çıxış edən Amit Qulzadədən gedir. Baş məşqçi Bernhard Lippertin xidmətində maraqlı olduğu flaqmanın digər 5 yetirməsi isə hazırda Unibank premyer liqasında mübarizə aparan "Sumqayıt" klubunda icarə əsasında çıxış edir. Bunlar Ruslan Tağızadə, Orxan Həsənov, Tərlan Quliyev, Kamil Nurəhmədov və Eşqin Quliyevdir.

21 yaşlı futbolçulardan ibarət milli komandamız fevralın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya seçməsi ilə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail