Abdolbari Goozal: "Vallah, mən transfer məsələlərinə qarışmıram"

06.02.2020 | 5420 dəfə oxunub

"İndi istədiyimiz oyunçunu tapa bilmədik". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Abdolbari Goozal qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən deyib.

O, transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: "Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdır. Yəni istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik".

A.Goozal legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib: "Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, Avropa kuboklarında oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki Avropa kuboklarına vəsiqə qazanırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail