“Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkara Azərbaycan milli çempionatları tarixinə düşüb. Stadium.az xəbər verir ki, Premyer Liqanın XX turunun AZAL-la oyununun 68-ci dəqiqəsində meydana daxil olan afrikalı yarımmüdafiəçi ölkəmizdə çıxış edən ilk Mali təmsilçisi olub. Məsələ ondadır ki, 1992-ci ildən keçirilən və ilk legionerin 1994/95 mövsümündə ayaq basdığı çempionatımızda heç vaxt bu ölkənin vətəndaşı oynamamışdı.
Bununla da Premyer Liqanın coğrafiyasına yeni bir ölkə əlavə olundu. Belə ki, Mali Azərbaycan çempionatlarında legioner futbolçu ilə təmsil olunan 66-cı ölkə kimi tarixə düşdü. Bu ölkə Afrika qitəsinin Premyer Liqamıza futbolçu ezam edən 18-ci məkanıdır. Malilinin debütünə kimi dünyanın 65, Afrikanın 17 ölkəsindən olan legionerlər klublarımızın heyətində çempionatımızda meydana çıxıb.
Bir zəruri məqamı da qeyd etmək lazımdır ki, legionerlərin bir qismi bir neçə ölkənin vətəndaşlığını daşıyıb.
Premyer Liqanın coğrafiyası
Avropanın 33 ölkəsi: Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan
Afrikanın 18 ölkəsi: Burkina Faso, Əlcəzair, Kabo Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis
Cənubi Amerikanın 6 ölkəsi: Argentina, Boliviya, Braziliya, Kolumbiya, Paraqvay, Uruqvay
Asiyanın 4 ölkəsi: Cənubi Koreya, İran, Özbəkistan, Türkmənistan
Şimali və Mərkəzi Amerikanın 4 ölkəsi: Honduras, Kosta-Rika, Meksika, Yamayka
Avstraliya və Okeaniyanın 1 ölkəsi: Avstraliya