Qurban Qurbanov: "Belə oyunlarda da nəticəyə oynamaq önəmlidir"

19.01.2020 | 5615 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağll fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçı belə şərh edib:

“İlk yoxlama matçımız idi. Bu gün futbolçulardan çox şey tələb edə bilməzdik. Antalyadakı təlim-məşq toplanışımızın ilk mikrotsiklinin son günü idi, hansı ki, bu oyunla başa vurduq. Hər şey qaydasında oldu. Baxmayaraq ki, futbolçular yorğun idi. Amma həm rəqib, həm də biz sürətli oyun nümayiş etdirdik. Yaxşı mübarizə oldu. Belə oyunlarda da nəticəyə oynamaq önəmlidir. Hesabda 1:2 geri düşsək də, son dəqiqələrdə futbolçular qol vurmağa çox istəkli idilər. Bunu da bacardılar. Bu oyun hazırlığın ilk hissəsi idi. Hələ hazırlığımızın ikinci hissəsi qalıb. Sonra isə bizi çempionat oyunları gözləyir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail