DÇ-2012-nin rəsmi sloqanı Lənkəranda təqdim edildi

15.02.2012 | 5035 dəfə oxunub

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi sloqanı ictimaiyyətə təqdim olunub. Stadium.az xəbər verir ki, Premyer Liqasının XX turu çərçivəsində bu gün keçirilmiş "Xəzər Lənkəran" — AZAL qarşılaşmasından öncə baş tutan flash mob aksiyasında 100-ə yaxın rəqqas iştirak edib.

Peşəkar rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş ümumi görüntünü açıqlayıblar: "On bir ürək, bir istək"!

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi emblemi və rəsmi talismanı, müvafiq olaraq, 6 iyun və 7 oktyabr 2011-ci il tarixlərində Bakıda ictimaiyyətin diqqətinə təqdim olunmuşdu. Qarşıdan gələn futbol bayramına Lənkəran əhalisini daha da yaxından cəlb etmək üçün Yerli Təşkilat Komitəsi FIFA ilə birgə belə bir qərara gəlib ki, bu dəfə rəsmi sloqanı çempionata ev sahibliyi edəcək iki şəhərdən biri olan Lənkəranda açıqlasın.

Futbol azarkeşləri 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıqla daha yaxından tanış olmaq imkanı əldə ediblər. "Xəzər Lənkəran" — AZAL oyununa gələn azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunçuları haqda məlumat kitabçaları paylanıb. Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərin diqqətini cəlb edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail