Vaqner: "Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər"

09.01.2020 | 5033 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Braziliya mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, 33 yaşlı futbolçu Azərbaycana uyğunlaşmağın çətin olmadığını deyib:

“Uyğunlaşmaq çətin olmadı. Beynimdə hər zaman belə bir fikir olurdu ki, yeni mədəniyyətə uyğunlaşa, adətlərimi dəyişə bilməyəcəm. Həyat yoldaşım və qızım da buranı çox sevir. Klub yaxşı təşkilatlanıb. İnsanlar möhtəşəm, komanda fantastikdir.

Bakı gözəl şəhərdi. Ölkəni az adam tanıyır, ancaq dünyanın ən təhlükəsiz yerlərindən biridi. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər.

“Qarabağ” karyerama böyük sürprizlə başladım. Gəldim və dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım”.

2018-ci ildən “Qarabağ”da forma geyinən Vaqnerin müqaviləsi mövsümün sonuna qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail