"Qarabağ" Xaymeni "Astana"ya satacaq?

08.01.2020 | 5871 dəfə oxunub

"Qarabağ"ın ispaniyalı futbolçusu Romero Qomez Xaymeylə Qazaxıstanın "Astana" klubunun maraqlanması barədə məlumat vermişdik. Stadium.Az xəbər verir ki, Ağdam klubu bu məsələyə münasibət bildirib.

Klubunun direktoru Əmrah Çəlikəl məsələyə münasibətində əməkdaşımıza bildirib ki, Xaymeylə bağlı "Astana"dan "Qarabağ"a heç bir rəsmi təklif gəlməyib.

"Bəs sərfəli təklif olarsa, "Qarabağ" Romeronu sata bilərmi" sualına isə Əmrah bəy belə cavab verib: "Bu məsələdə də baş məşqçimizin fikri önəmli olacaq. Baş məşqçimizin komandada saxlamaq istədiyi heç bir futbolçunu satmarıq. Əgər hər hansı bir futbolçumuza təklif olarsa və baş məşqçi də onun satılmasını məqsədəuyğun hesab edərsə, həmin oyunçu o zaman satılar. Xayme də daxil".

Qazaxıstan mətbuatında yayılan xəbərdə bildirilir ki, bu ölkənin "Astana" klubu Xaymenin xidmətində maraqlıdır. Futbolçuyla yaxın günlərdə görüş olacağı vurğulanıb. Əgər 30 yaşlı yarımmüdafiəçi "Astana"da oynamağa razı olsa, o zaman "Qarabağ"a rəsmi təklif göndəriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail