"Qarabağ"ın qapıçısı Bakıda maşınla adam vurmasından danışıb

28.12.2019 | 5293 dəfə oxunub

İslandiya "Valur"unun qapıçısı Hannes Haldorsson sabiq klubu "Qarabağ"da oynadığı zaman başına gələn  hadisəni xatırladıb.

Stadium.Az İslandiyanın "Randers Amtsavis" qəzetinə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Bakıda küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasından danışıb:

"Qəfildən yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən o, sağ qaldı. Lakin bu,  komandaya düşməyə çalışdığım zamanda olduğu üçün çətin idi. Çox narahat olmuşdum. Nurlanın ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu nəzərdə tutur - red.) sayəsində hadisə faciə ilə nəticələnmədi".

Haldorsson 2018-ci ilin yayında 2019-un aprelinə kimi "Qarabağ"da oynayıb. O, ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail