Almeyda: "Heç vaxt “Neftçi”də oynamayacağam"

27.12.2019 | 5774 dəfə oxunub

"Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la müqaviləsi başa çatan Riçard Almeyda öz açıqlamasında deyib.

Millimizin yarımmüdafiəçisi hələlik karyerasını harada davam etdirəcəyinin bəlli olmadığını bildirib:

"Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.

Almeyda “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbəri isə təkzib edib: “Mən bunu bəyan edirəm ki, heç vaxt “Neftçi”də oynamayacağam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dır. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda "Qarabağ"dır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail